Həyat yoldaşı tanınmış vəkildən şikayətçidir

Həyat yoldaşı tanınmış vəkildən şikayətçidir

Tanınmış vəkil Kərimova Güldisar Aleksandrovnanın həyat yoldaşı Kərimli Əli Məcid oğlu uşağı ilə ünsiyyətdə olması üçün məhkəməyə müraciət edib...

Aprel ayının 1-də Nərimanov Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Güldisar Kərimovadan məhkəmə prosesi ilə bağlı mövqe öyrənməyə çalışdıq. Xanımın sözlərinə görə, belə məhkəmə prosesindən xəbəri yoxdu. Həmçinin bu xəbəri haradan götürdüyümüz ilə maraqlandı. Bütün məhkəmə proseslərinin elektron məhkəmə portalında yerləşdirildiyini vəkilin nəzərinə çatdırdıq.

Qeyd edək ki, Kərimova Güldisar Aleksandrovna Bakı şəhəri 2 saylı Vəkil Bürosunda işləyir, 24 il iş təcrübəsi var.

pia.az

Mənbə: pia.az