Ukraynada yoluxanlar rəsmi rəqəmdən yüz dəfə çoxdur - Şok

Ukraynada yoluxanlar rəsmi rəqəmdən yüz dəfə çoxdur - Şok

Ukraynada koronavirusa yoluxanların sayı rəsmi statistikada deyilənlərdən 10-100 dəfə çoxdur.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel”ə açıqlamasında ölkənin keçmiş baş sanitarı Svyatoslav Protas deyib.

“Virus həndəsi sürətlə yayılır. Adi vaxtda bir insan 5-30 nəfərlə təmasda olur. İndi hesablayın, görün neçə nəfər koronavirusa yoluxa bilər”, - həkim bildirib.

Qeyd edək ki, Ukraynada 310 nəfərdə koronavirusa yoluxma halı müəyyənləşdiyi açıqlanıb.

Mənbə: axar.az