İtlər 6 həflətik təlimdən sonra koronavirusu aşkar edəcək...

İtlər 6 həflətik təlimdən sonra koronavirusu aşkar edəcək...

Tibbi Dəqiqləşdirmə İtləri (Medical Detection Doqs) adlı qurum heyvanların (Kovid-19) epidemiyası ilə mübarizədə yer ala biləcəyini deyib.

Moderator.az xəbər verir ki, bir xeyriyyə cəmiyyətinin açıqlamasına görə axtarış itlərinə koronavirus epidemiyasını aşkar etmək üçün təlim keçirilir.

Onlar altı həftə sonra virusla mübarizədə ön sırada olacaqlar. İndiyə kimi itlər parkinson və xərçəng kimi xəstəlikləri aşkar etməyi öyrəniblər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə itlər virusa yoluxmur və bunu insanlara da yolxudurmurlar. Əgər nəticələr uğurlu alınarsa, itlərdən hava limanlarında sərnişinləri yoxlamaq üçün istifadə oluna bilər. Virus nəzarətə götürüldükdən sonra epidemiyanın yenidən ortaya çıxmasının qarşısını almağa yardımçı olacaq.

Mənbə: moderator.az