102 il əvvəl virusdan xilas olan qoca ETİRAF ETDİ

102 il əvvəl virusdan xilas olan qoca ETİRAF ETDİ

1918-ci ildə meydana gələn və 500 milyon insanı yoluxduran qrip virusundan sağalan 102 və 107 yaşlı iki qoca koronavirusa qarşı tövsiyyələr verib.

''Ölkə.Az'' xəbər verir ki, 1918-ci ilin yanvar ayında meydana gələn qrip virusu 18 ay müddətində 500 milyon insanı yoluxdurmuş və 50 milyon insanın həyatına son qoymuşdur. Həmin illərdə virusdan sağalan Cose Ameal Pena adlı kişi koronavirusdan xilas olmağın yollarını açıqlayıb. İspaniyanın şimalında balıqçı kəndində yaşayan Penanın 1918-ci ildə 4 yaşı olub. Virusa yoluxmasından danışan qoca ''Oyananda ayağa qalxıb gəzə bilmirdim. Əllərimin və dizlərimin üstündə sürünürdüm. Diqqətli olun. Eyni hadisələri bir daha görmək istəmirəm. 1918-ci il qripi çox can aldı'' ifadələrini işlədib. Belə ki, Penanın qızı Anunciata atasının eyni hadisələrin təkrarlanmasından qorxduğunu deyərək, ''Atam koronavirusun nələrə səbəb ola biləcəyini çox yaxşı bilir. Eyni hadisələri ikinci dəfə yaşadığı üçün çox narahatdır. Fərqli zamanlarda yaşasaq da, tarix yenidən təkrarlanır'' sözlərini deyib.

Yenə 1918-ci ildəki qrip virusundan xilas olan 107 yaşlı Florida əyalətinin sakini Coe Nevman keçmişdə insanların virusun əlində çarəsiz qaldıqlarını halbuki indi insanların nə ilə qarşı-qarşıya olduqlarını yaxşı bildiklərini bildirib. Nevman hər kəsə ''Bəziləri koronavirusun keçəcəyini deyir. Lakin nəyin bahasına keçəcək? Sən mənə, mən də sənə yardım etməliyəm. Yaşadığımız hər krizdə biz belə etmişik. Sonra geriyə baxanda gördük ki, yardımlaşma sayəsində çətin dövrlərin öhdəsindən gəlmişik'' sözlərini ünvanlayıb.

Mənbə: olke.az