Tanınmış vəkildən Prezidentin təşəbbüsünə DƏSTƏK

Tanınmış vəkildən Prezidentin təşəbbüsünə DƏSTƏK

Tanınmış vəkil Ceyhun Yusifov COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub. Belə ki, o, öz qazandığı məvacibinin bir hissəsini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.
Bu barədə Demokrat.az-a tanınmış vəkil özü məlumat verib.
“Naxçıvanla ilk tanışlığm tələbəlik illərimə təsadüf edir. O vaxtlar maddi vəziyyətimin təhsilimi yarımçıq vəziyyətdə qoyacaq qədər pis olması və eyni zamanda ailəmdən uzaqda olmağım mənə olduqca çətin günlər yaşadırdı. Lakin bütün bunlara baxmayaraq ailəmdən hər nə qədər uzaq olsam da, Naxçıvan camaatının sevgi və qayğısı ilə əhatə olundum.
O, çətin günlərdə mənə maddi və mənəvi dəstək olan onlarla Naxçıvan insanını tanıdım. Həyatımda və sahib olduqlarımda Naxçıvanın müstəsna rolu vardır. Mənə orada ömrümün sonuna qədər unutmayacağım yaxşılıqlar edilmişdir. Bildiyimiz kimi hal-hazırda Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Mənim vəfa və insanlıq borcumdur ki, o çətin günlərimdə mənə qucaq açan, sevgi və humanizmlə məni əhatə edən Naxçıvana, sözügedən fonda öz imkanım daxilində yardım edim.
Həmçinin Naxçıvan Dövlət Universitetinin bütün məzunlarına müraciət edirəm ki, gəlin bu misiyaya qoşulaq. Unutmayın, biz birlikdə güclüyük, - deyə Cyhun Ysifov qeyd edib.

Mənbə: demokrat.az