Həkim:“Başımızda “tac” var, onu özümüzdən uzaqlaşdıraq!"

Həkim:“Başımızda “tac” var, onu özümüzdən uzaqlaşdıraq!"

Sevilya Süleymanova:"Situasiyanın mənfiyə doğru dəyişməməsi üçün əhali tapşırıq və tövsiyələri dəqiq yerinə yetirməlidir. Evdən çıxmaq olmaz"

Yayılmaqda olan COVİD-19 virusu ilə bağlı ölkəmizdə də vəziyyət gərginləşməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müntəzəm olaraq əhaliyə çağırışlar edir, müxtəlif tövsiyələr verir. Azərbaycanda xüsusi karantin rejiminin elan olunması bir daha onu göstərir ki, məsələyə ciddi yanaşmaq lazımdır. Ancaq nədənsə hələ də laqeyd münasibət sərgiləyənlər var.

Bakı şəhərində yerləşən 9 nömrəli poliklinikanın revmatoloqu Sevilya Süleymanova "Sherg.az"a açıqlamasında insanları gigiyenik qaydalara əməl etməyə çağırır:

"Koronavirus əvvəllər də olub. Amma COVİD-19 bu virusun yeni növüdür. Hələ virusun vaksini tapılmayıb. Avropa ölkələrində virusun geniş yayılmasının səbəbi insanların gediş- gəlişi, kütləvi yerlərdə çox olmasıdır. Azərbaycanda vəziyyət Avropa ölkələri kimi ciddi deyil. Situasiyanın mənfiyə doğru dəyişməməsi üçün əhali tapşırıq və tövsiyələri dəqiq yerinə yetirməlidir. Evdən çıxmaq olmaz. Əlləri gün ərzində dəfələrlə maye sabunla yumaq, ətrafdakı insanlarla təxminən 2 metr məsafə saxlamaq, tibbi maskadan istifadə etmək zəruridir. Başımızda tac var. Gərək onu özümüzdən uzaqlaşdıraq".

Mənbə: sherg.az