Bərdədə koronavirusla əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb

Bərdədə koronavirusla əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb

Bərdədə koronavirus pandemiyasi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən Bərdə rayonunda da bu istiqamətdə tədbirlər davam etdirilir.

Xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun girişi hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.

Mənbə: apa.az