DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb

Zaqatalada koronavirus infeksiyası haqqında yalan məlumat yayan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-əverilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.

Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdi - FOTO

SONRAKI XƏBƏR

Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı