Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Pentaqon İrana bağlı "Kətəibul-Hizbullah" qruplaşmasını tamamilə məhv etmək üçün plan hazırlayır

SONRAKI XƏBƏR

İranın Ramsər şəhəri tamamilə karantinə alınıb