Koronavirusa görə evdə təcrid edilən kişi öldü – Sevgilisi bu xəbərdən şoka düşdü

Koronavirusa görə evdə təcrid edilən kişi öldü – Sevgilisi bu xəbərdən şoka düşdü

Uelsdə özünü təcrid edən bir kişi koronavirus infeksiyasından ölüb. O, iki gün sevgilisi ilə yazışıb və bu mesajların onun üçün son olacağını bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı NorthWalesLive nəşri yayıb.

47 yaşlı Tim Galley heç bir sağlamlıq problemi yaşamayıb, ancaq keçən bazar günü xəstəliyin yüngül simptomlarını – boğaz ağrısını hiss edib.

Tezliklə onun temperaturu yüksəlib. Bazar ertəsi kişi işə getməyib və evdə özünü təcrid etmək qərarına gəlib.

Sevgilisi Donna Cuthbertdən yoluxmamaq üçün yanına gəlməməsini istəyib.

“Əlbəttə ki, onun temperaturu yüksələndə çox narahat idim. Qorxdum ki, onun koronavirusu ola bilər. Ancaq o, məni qorumaq istədi və yanına gəlməyimi qadağan etdi ” deyib.

Galley arxayınlaşaraq təcili yardım çağırmayıb. Vəziyyətinin kritik olmadığını söyləyib. Fikirləşib ki, həkimlərin daha ciddi işləri var.

Cuthbert ona tezliklə bir-birlərini görə bilməyəcəklərindən qorxduğu üçün mesaj yazıb.

“Ağılsız olma, əlbətdə bir-birimizi görəcəyik” deyib.

Çərşənbə axşamı gününə qədər yazışıblar. Səhər Galley zənglərə cavab verməyib.

Cuthbert qonşularından yanına getmələrini xahiş edib. Qonşular kişinin huşunu itirdiyini deyiblər. Təcili yardım Galleyin COVID-19-dan öldüyünə qərar verib.

“Onun çox böyük ürəyi vardı və birlikdə gözəl bir həyat sürdük. Qızım Danielin toyunda iştirak etməliydik, amma koronavirusa görə ləğv edildi. Tətilə getdik və çox şey planlaşdırdıq. O, mənim gələcəyim idi, mənə çox xoşbəxtlik və heyrətamiz anlar bəxş etdi” deyib.

Qadın əlavə edib ki, indi yalnız insanların hamısının təhlükəsiz olmasını və evdə qalmalarını istəyir.

“Tim məni qorumaq üçün hər cür tədbir gördü, ancaq virus onu özündən aldı … Ürəyim parça-parça olub” deyə Cuthbert etiraf edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az