Koronavirusun beşiyi Uhan şəhərində karantin rejimi yumşaldılıb

Koronavirusun beşiyi Uhan şəhərində karantin rejimi yumşaldılıb

Koronavirusun beşiyi sayılan Uhan şəhərində karantin rejimi yumşaldılıb, iki ay davam etmiş təcriddən sonra şəhər qismən açıq rejimə keçirilib.

Şənbə günü Uhan dəmiryol stansiyasında sərnişinlər görüntülənib.

Məlumatlara əsasən, insanlara şəhərə daxil olmaq icazəsi verilib.

Hubey əyalətinin paytaxtı Uhan şəhərində 50 mindən çox adamda koronavirusa yoluxma hadisəsi qeydə alınmışdı.

Hubeydə ən azı 3000 insan bu xəstəlikdən ölüb.

Lakin Çin rəsmi statistik məlumatlarına görə, bu göstəricilər kəskin şəkildə aşağı düşüb.

Şənbə günü yayılan məlumata əsasən, bir gün əvvəl 54 yeni yoluxma hadisəsi qeydə alınıb - və həmin hadisələrinin hamısının xaricdən gələnlərdə aşkar olunduğu bildirilib.

Koronavirusun xaricdən ölkəyə gətirilməsinin qarşısı kəsmək üçün Çin bütün xarici qonaqlara, vizaları və ya yaşama icazələri olsa da belə, müvəqqəti olaraq ölkəyə daxil olmağə qadağan edib.

Çin və xarici hava yollarının uçuşları da həftədə bir uçuşla məhdudlaşdırılıb.

Mənbə: www.bbc.com