“Texnomart” kredit ödənişlərinə 1 ay fasilə verdiyini elan etdi

“Texnomart” kredit ödənişlərinə 1 ay fasilə verdiyini elan etdi

() Texnomart Mağazalar Şəbəkəsi ödənişlərə 1 aylq fasilə verərək xalqa çağırış etdi.

1 AY evdən çıxma!

1 AY kreditlərini düşünmə!

#EVDEQAL

1 ÖMÜRLÜK sağlamlığının qayğısına QAL!

1 ÖZÜNÜ deyil, AİLƏNİ və CƏMİYYƏTİNİ QORU!

Bu çağırışla bütün müştərilərinə səslənən Texnomart Mağazalar Şəbəkəsi Aprel ayı üzrə kredit ödənişlərinə 1 aylıq fasilə verdiyini elan etdi.

Texnomart Mağazalar Şəbəkəsi hər kəsi bütün dünyada yayılan "Covid-19" virusu ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tələblərinə ciddi riayət etməyə və evdən çıxmamağa səsləyir.

29 Mart 2020-ci il tarixindən etibarən Texnomart Mağazalar Şəbəkəsinin Bakıda 6, regionlarda isə 22 mağazasının işinə müvəqqəti olaraq fasilə verilir.

Bildirək ki, Aprel ayının 1-indən etibarən www.texnomart.az saytından Türkiyənin məşhur markası olan Arçelik məhsulları ilə yanaşı Samsung, İndesit, Hotpoint, HITACHI, Bosch, Siemens, Tefal, Scarlett, Arnica, Supra və s dünya brendlərinin geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqlarını online olaraq həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri iilə almaq mümkün olacaqdır.

Mənbə: marja.az