Koronavirusun tipik və qeyri-tipik əlamətləri hansılardır? - Virusoloqdan açıqlama

Qızdırma və quru öskürək, COVID-19 koronavirus infeksiyasının ən əsas simptomlarıdır. Bunu Şarite klinikasının (Almaniya) virusoloq həkimi Kristian Drosten deyib və infeksiya üçün tipik olmayan təzahürləri söyləyib.

Ens.az saytının məlumatına görə, COVID-19 ilə bağlı ən çox verilən suallardan biri onun tipik əlamətlərinə aiddir. Bu mövzuda izahat verən Kristian Drosten deyib: "COVİD-19 infeksiyası zamanı ilk növbədə quru öskürək ön plana çıxır. Eyni zamanda qızdırma nəzərə çarpır "

Almaniyalı həkim burun axmasının bu xəstəlik üçün tipik hal olmadığını vurğulayıb. Eyni zamanda, bəzi koronavirus xəstələrində erkən simptomların qəfil şəkildə inkişaf etdiyi zaman müəyyən əzələ ağrılarına da rast gəlinib.

Virusoloq inanır ki, burun axması koronavirusla paralel inkişaf edən başqa infeksiyanı göstərə bilər - məsələn, soyuqdəymə ola bilər. SARS infeksiyası yayıldıqda da belə hallar müşahidə edilirdi. Həmin virus inkişaf edən insanlarda başqa viruslar da var idi.

"COVID-19 olan xəstələrdə daha iki paralel xəstəlik ola bilər" deyə ekspert fikirlərini bölüşüb.

Bu xəstəliyə tutulan ayrıca bir kateqoriya da var ki, COVID-19 infeksiyayasına baxmayaraq, onlarda heç bir simptoma rast gəlinmir və ya qismən özünü göstərir.

"Çox qəribə görünür, amma insanlar yoluxa bilər, amma bunu ümumiyyətlə fərq edə bilməzlər. Bu hallarda öskürək, qızdırma və ya digər tipik simptomlar olmur. Həm də koronavirus infeksiyasına yoluxanlar uzunmüddətli nəticələrdən əziyyət çəkə bilər və bir aydan sonra yenə də özlərini zəif hiss edirlər. Xəstəlik şiddətli olduqda, ağciyər funksiyası çox yavaş-yavaş bərpa oluna bilər ”deyə virusoloq xəbərdarlıq edib.

Ens.az

ƏVVƏLKİ XƏBƏR

Bill Qeyts hələ 5 il qabaq epidemiyanı qabaqcadan deyibmiş

SONRAKI XƏBƏR

Prezident: “Bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər”