“8-ci kilometr” bazarı bağlandı: Satıcıların son iş günü belə yadda qaldı – VİDEO

“8-ci kilometr” bazarı bağlandı: Satıcıların son iş günü belə yadda qaldı – VİDEO

Əhalinin çox sıx olduğu və koronavirus təhlükəsinin yüksək olduğu yerlərdən biri də “8-ci kilometr” bazarıdır. Sabahdan etibarən bazarın meyvə-tərəvəz satılan hissəsi istisna olmaqla, qalan bütün geyim və xırdavat dükanları bağlı olacaq.

Musavat.com-un müxbiri axşam saatlarında bazara baş çəkərək vəziyyətlə maraqlanıb.

Bazarın qapalı hissələrinin qapısı qıfıllı olsa da bayırda açıq havada piştaxta quraraq mallarını satanlar gün bitənə qədər bir neçə manatlıq qazanc əldə etmək istəyirlər. Sabahdan artıq işə çıxmayacaqlarını bilsələr də, bazarın bir də nə zaman fəaliyyətə başlayacağı, nə zaman pul qazana biləcəklərini bilmirlər.

Gəlin vəziyyəti onların öz dilindən də eşidək.

Ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Məğrur Salmanov,

Mənbə: www.cumhuriyyet.net