Onlar "gizli qəhrəman"larımızdı - Aslan Abbaszadə yazır - FOTOLAR

Onlar "gizli qəhrəman"larımızdı - Aslan Abbaszadə yazır - FOTOLAR

Koronavirusla bağlı xəbərlərin içində itib-batmışıq, təəssüf ki. Amma bu gün, yəni 28 mart tarixi ölkəmiz üçün xüsusi önəm daşıyan günlərdən biridir.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin 101-ci ildönümüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.
Bu 101 ildə xalq olaraq, çox enişli-yoxuşlu yollardan keçdik, çox müharibələr, sürgünlər, repressiyalar yaşadıq, çözülməsi mümkünsüz görünən problemlərlə qarşılaşdıq. Amma bu xalqın igid, qəhrəman övladları heç vaxt tükənmədi. Heç vaxt milli maraqlarımız üçün mücadilədən vaz keçmədilər, yorulmadılar, usanmadılar. Ən ağır günlərdə belə əqidələrindən dönmədilər. Minlərlər belə övladını heç bu xalq tanımadı da. Çünki etdikləri hər şey gizli qalırdı. Bu gün çox istifadə etdiyimiz təbirlər desək, onlar "gizli qəhrəman"larımızdı.

Tanıdıqlarımıza da, tanımadıqlarımıza da elədiklərinə görə minnətdarıq. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Hazırda bu şərəfli yolda yürüyən vətən övaldlarımıza isə bolluca uğur nəsib eyləsin. Onların hər bir uğuru bu yurdun ocağının daha gur yanması deməkdir.

Peşə bayramınız mübarək, əziz Vəyən övladları. Bu bayram əbədi olsun. Haqqınızı bizlərə halal edin!
Hörmətlə
"Faktor Azərbaycan"nın təsisçisi, ekspert Aslan Abbaszadə

Mənbə: faktor.az