Horadizdə dezinfeksiya işləri gücləndirilib - Könüllülər isə əhali ilə maarifləndirmə işi aparır

Horadizdə dezinfeksiya işləri gücləndirilib - Könüllülər isə əhali ilə maarifləndirmə işi aparır

Füzuli rayonunda da koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər gücləndirilib. Horadiz şəhərində Gənclər prospekti Heydər Əliyev prospekti, Məhəmməd Əmin Rəsulzadə, 20 Yanvar küçələri boyunca ərazilər dezinfeksiyaedici məhlullarla yuyulub. Horadiz şəhəri ilə yanaşı kəndlərin və qəsəbəlrin küçələrinin də dizinfeksiyası davam etdirilir.

Qeyd edək ki, Füzuli rayonunda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək. Rayonda könüllü dəstələr yaradılaraq 2 nəfərdən ibarət qrup halında yerli sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair maarifləndirmə işləri aparılır.

atv.az

Mənbə: www.atv.az