KARANTİN: Minlərlə işsiz kəndlərinə piyada qayıdır

KARANTİN: Minlərlə işsiz kəndlərinə piyada qayıdır

Hindistandakı karantin nəticəsində işsiz və pul olmadan qalan minlərlə miqrant doğma kəndlərinə qədər uzun məsafələr qət edirlər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə vacib nəqliyyat istisna olmaqla bütün nəqliyyat xidmətləri dayandırılıb.

Məlumata görə, ölkə ciddi karantin rejiminə keçdiyindən bütün müəssisələr bağlanıb ki, bu da 1,3 milyard əhalisi olan bir ölkədə ciddi problemlər yaradıb. On minlərlə insan evlərinə qayıtmaq üçün piyada getmək məcburiyyətində qalıb.

“Aclıqdan ölmək əvəzinə, gəzməyə qərar verdik”, – deyə Əhmədabaddakı bir ticarət mərkəzində işləyən Dilipji Thakor vurğulayıb.

Mənbə: konkret.az