Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan VİDEOREPORTAJ

Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan VİDEOREPORTAJ

Bu gün Azərbaycanda daha bir nəfər koronavirus infeksiyasından vəfat edib.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

AZTV 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının öldüyü xəstəxanada çəkiliş aparıb.

Qeyd edək ki, xəstə ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin, angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bundan başqa, bu gün ölkədə 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Mənbə: oxu.az