Bakıda daha 5 xüsusi ekspres marşrut xətti fəaliyyətə başlayır - VİDEO

Bakıda daha 5 xüsusi ekspres marşrut xətti fəaliyyətə başlayır - VİDEO

Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətləri təşkil edilir.

Məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən avtobuslar 30.03.2020-cil tarixindən xidmətə başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, 29 mart tarixindən ölkə ərazisində xüsusi karantim rejimi gücləndirilib.

Mənbə: www.realtv.az