Ev şəraitində çəkini necə qorumalı - həkim: “Rəqs edin və… ”

Ev şəraitində çəkini necə qorumalı - həkim: “Rəqs edin və… ”

Koronavirus infeksiyası sürətlə yayıldığı üçün insanlar karantin rejiminə əməl edərək, zəruriyyət yaranmadıqda evdən çölə çıxmamağa çalışırlar.
Ev şəraitində isə passivlik artır, daha çox yemək yeyir, kökəlir, artıq çəki alırıq. Oturaq həyat tərzi daxili orqanların tonusunu aşağı salır. Həmçinin artıq çəki orqanizimdə diabet, ürək-damar xəstəlikləri riskini artıra, hətta bəzən beyinin funksiyalarına mənfi təsir edə bilir.
Bəs, bunun qarşısını almaq üçün nə edək?
Diyetoloq-həkim Leyla Zülfüqarlı mövzu ilə bağlı musavat.com-a danışıb:
“Təbii ki, günümzdə bu mövzu həssas məsələdir. Bu günlərdə evdə qalmaq bizdən bir çox şeyləri almış olur. Belə ki, evə özümüzü təcrid etmək, havaya çıxmamaq insanın həm psixologiyasına təsir edir, onda stres yaradır, həm də fizioloji təsir buraxır. Belə ki, artıq daxili orqanlarımızın fəaliyyət sürəti ləngiyir ki, nəticədə biz mütləq şəkidlə artıq kilo ala bilirik.

Evdə oturduqda özümüzü yeməklərdən məhrum etmir, qidalanmanı olduğu kimi davam etdiririk. Əvvəllər iş fəaliyyətinin nəticəsi olaraq bədəndə müəyyən kalorilər itirdi. Lakin indi fəaliyyətizlikdən bədəndə həmin kalorilər depo şəklində toplanır və yağ yarada bilir. Bu da son nəticədə qaraciyərin və digər daxili orqanların yağlanmasına səbəb olur. Bundan irəliləyərək şəkər, təzyiq, xolesterin yükləməsi də ortaya çıxır. Bütün bunlar bir-biri ilə zəncirvari bağlıdır.

Elə xəstələr var ki, onların müalicəsində hava almaq mühüm rol oynayır. İndi təsəvvür edin, həmin xəstələr evə qapanır, hərəkətsiz vəziyyətdə olur ki, bu da onlarda müəyyən təsirlər yaradır.

Bəs nə etməliyik? Ev şəraitində necə kalori yandırmalıyıq? Qeyd edə bilərəm ki, ev şəraitində kalori yandırmağın bir sıra yolları var. Məsələn, kitab oxumağın özü belə zehniyyətdir, bu zaman da kalori yanır. Passiv şəkildə, yəni oturaq vəziyyətdə nəyisə izləməkdənsə kitab oxumaq, yazmaq məsələhətlidir. Həmçinin evdə bədən tərbiyəsi hərəkətləri etmək, əl işləri olan nələrisə hazırlamaq olar. Bu zaman həm əl, həm də beyin məşğuliyyəti yaranır, kalori xərclənir.

Bədən tərbiyəsi hərəkətləri ilə yanaşı şəxsən mən rəqsi də məsələhət görərdim. Rəqs edin. Bu zaman musiqidən aldığımız müsbət emosiyalar bizim psixoloji durumumuzu düzəldəcək, eyni zamanda 1 saat ərzində 200-250 kalori xərcləyə bilərik.
Təbii ki, işin ən həssas məqamı qəbul etdiyimiz qidalardır. Mümkün qədər karbohidratı azaltmaq lazımdır.
Evdə qalmağın bir neçə avantajı da var ki, istərdim onlardan da söz açım. Məsələn, işləyən zaman bəzən zamanında yemək yeməyə, su içməyə vaxt tapa bilmir, ayaqüstü nə gəldi və daha böyük pors ilə yeyirdik. İndi isə əlimizə fürət düşüb, yemək yemək üçün kifayət qədər zamanımız var və artıq nə gəldi yeməyəcək, yeməyimizi planlayacaq, ev şəraitində olan qidalardan istifadə edəcək, daha az porsiyanı götürə biləcəyik. Beləliklə, daha az porsiya götürməklə vəziyyətdən daha ideal çıxış yolu ola biləcək.

“Möcüzəvi qidalar” kimi qəbul edəcəyimiz qidalar var. Təbii ki, bu qidalardan biri zəncəfildir. Məlum olduğu kimi, zəncəfildən hazırlanan bitki çayı orqanizmdə parazitləri öldürməyə, bədəni toksinlərdən təmizləməyə kömək edir. Həmçinin limon, alma sirkəsi, limon suyu,cəfəri, darçın əlavə olunmuş sulardan istifadə tövsiyə olunur.

Və təbii ki, meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Hazırda koronavirusa qarşı mübarizə üçün bəzi insanlar meyvə-tərəvəzdən həddən artıq çox istifadə edir. Unutmaq olmaz ki, onlardan da artıq istifadə artıq çəkiyə təsir göstərə bilir. Bunun üçün də meyvə-tərəvəzdən qaydasında və əsasən günün ikinci yarısında qəbul etmək lazımdır.

Daha bir tövsiyə: vaxtlı-vaxtında yatmaq lazımdır, bu zaman stresi də özümüzdən kənarlaşdırmış olarıq. Bu mənada çıxış yolunu tapa, vəziyyəti kontrol edə biləcəyik”.
 

Mənbə: cia.az