Operativ Qərargah: "Ölkədaxilində yoluxma daha çoxdur"

Operativ Qərargah: "Ölkədaxilində yoluxma daha çoxdur"

“Təəssüf ki, ölkədaxilində yoluxma halları daha çoxdur”

Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Yaqut Qarayeva İTV kanalında yayımlanan “Sabaha saxlamayaq” verilişində deyib.

Onun sözlərinə görə, insanlara SOS siqnalı hələ də təsir etmir: “Verilişə gələndə mən ətrafı müşahidə etdim. Biz SOS siqnalını verməyimizə baxmayaraq yolda bir çox böyük ticarət obyektlərinin hələ də açıq olduğunu gördüm. Həmin obyektlər nə qida, nə də dərman satan ticarət obyektləri deyildi. Düzdür, mən diqqət elədim içəridə olan şəxslər maska taxmışdılar. Amma maska taxmaqla hər problemi həll etmək olmur. Nə qədər biz başa salırıq ki, evdə qalın. Həmçinin yollarda da kifayət qədər avtomobil və insanlar var idi. Hələ mən bu SOS siqnalının insanlara təsir etdiyini görmürəm”.

Mənbə: www.yeniavaz.com