"Azərbaycanda çox sayda intizamlı insan tipi yetişdirəcəyinə ümidim böyükdür"

Əlbəttə, burada dünyanı gizli idarə edənlərin yeni üsulla dünya əhalisinin azaldılmasına yönələn qəsdindən, hansısa dövlətin bioloji silahdan istifadə etmə ehtimalından söz açmaq üçün yetərincə mövzu var.

Dünya vaxtaşırı iqtisadi böhranlarla, müharibələrlə, xəstəliklərlə sınağa çəkilir. Burada mistik elementlərin olduğunu da istisna etmirəm. Ancaq bu prosesə hədsiz mürəkkəbləşdirdiyimiz həyatın sadələşdirilməsi fürsəti kimi baxıram. İnsanların təbii hallarına dönüş fürsəti kimi baxıram. Uzaq Şərq ölkələrində insanların zəhərli kobra ilanları ilə bir evdə yaşadıqlarını heyrətlə izləmişik. Əslində bizlər də bu virusla eyni qaydada birlikdə yaşamağa alışmalıyıq. O bizə qalib gəlməyə çalşacaq, biz də hər an ehtiyatlı olacağıq ki, onun ovuna çevrilməyək. Əsil məsuliyyəti bizdə bu virus formalaşdıracaq. Bu virusun xüsusilə Azərbaycanda çox sayda intizamlı insan tipi yetişdirəcəyinə ümidim böyükdür.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ boru kəmərləri operatorları neft hasilatının azaldılmasını istəyir

SONRAKI XƏBƏR

Həbibin ABŞ döyüşü LƏĞV OLDU