Evdə qalaraq həyat xilas edin - Karantinə əməl etməyənlər təhlükə törədir

Evdə qalaraq həyat xilas edin - Karantinə əməl etməyənlər təhlükə törədir

Ölkədə karantin rejimi elan olunmasına baxmayaraq, insanlara evdə qalmağı üçün müraciət edilməsinə baxmayaraq yenə də mövcud vəziyyətə məsuliyyətsiz yanaşanlar var. Bəzisi darıxdığı üçün küçəyə çıxır, digəri virusun olduğuna inanmır, bir başqası isə qoruyucu vasitələrdən istifadə etmir. Nəticədə isə həm özünü, həm də ətrafındakıları təhlükə altına qoyur.

Kimi yalnız yaşlı insanların koronovirusa yoluxduğunu düşünür, kimi isə özünü qorumaq əvəzinə hər şeyi alın yazısına bağlayır. Koronovirusa yoluxma riski isə günü-gündən artır. Yaşından asılı olmayaraq hər kəs bu təhlükə ilə üz-üzədir.

Dövlət koronovirus təhlükəsinin qarşısını almaq üçün addımlar atır, hər bir vətəndaşını qorumağa çalışır, karantin qaydaları tətbiq edir. Yeni xəstəxanalar açılır, tibbi işçiləri gücləndirilmiş iş rejimində işləyir. Buna baxmayaraq bəzi insanlar hələ də özünü virus təhlükəsindən qorunmur və bu məsələyə məsuliyyətsiz yanaşır.

Təhlükə ilə üz-üzə dayanan həkimlərimiz həyatlar xilas etmək üçün mübarizə aparırlar. Polislər insanlara yaxınlaşaraq onları maarifləndirirlər. Hətta onlar patrul xidmətinin maşınları da səsgücləndiricilər vasitəsiylə gün ərzində insanlara çağırış edir.

Azərbaycan polisi vətəndaşlara kifayət qədər səbrlə yanaşır və koronovirusun yaratdığı vəziyyətin nə qədər təhlükəli olduğunu izah etməyə çalışır.

Koronovirusla mübarizə aparmaq üçün hər kəs əlindən gələni edir. Hətta hər kəsin sevib seçdiyi insanlar da evdə qalmaq üçün insanlara tövsiyə verir.

Koronovirusla mübarizədə yalnız bir üsul var. Birlikdə mübarizə aparmaq.Yaşından və peşəsindən asılı olmayaraq hər kəs karantrin qaydalarına əməl etməklə bir –birinin həyatını xilas etmiş olacaq.

atv.az

Mənbə: www.atv.az