Koronavirusa qarşı ehtiyat tədbirləri - Məhəllələr və yaşayış binaları dezinfeksiya olunur

Koronavirusa qarşı ehtiyat tədbirləri - Məhəllələr və yaşayış binaları dezinfeksiya olunur

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Suraxanı rayonunun Hövsan qəsəbəsində növbəti dizenfekiya işləri görülüb. Dezinfeksiya işləri yaşayış binalarının girişlərində, pilləkənlərdə, həyətdə quraşdırlan oturacaqlarda eyni zamanda idman qurğularında sakinlərin daha çox istifadə etdiyi yerlərdə aparılıb. Daha sonra Suraxanı mənzil təsərrüfat birliyinin əməkdaşları Qaraçuxur qəsəbəsində yerləşən Nefçilər parkında da dizenfeksiya işləri aparıb. Parkda uşaq atraksionlarından tutmuş, otracaqlara kimi hər yer dizenfeksiya edilib.

Qeyd edək ki dezinfeksiya işləri mütamadi olaraq rayonun digər qəsəbələrində də həyata keçirləcək.

 

Mənbə: www.atv.az