"Niyə tez-tez acıram" sualının CAVABI

"Niyə tez-tez acıram" sualının CAVABI

Aclıq hissi pəhrizin bütün qaydalarına dəqiqliklə əməl etməyi çətinləşdirir.

Milli.Az xəbər verir ki, türkiyəli dietoloq Kübra Çıtlak Dəmir "Niyə tez-tez acıram" suallarına cavab verib. Mütəxəssis bildirib ki, yeməkdən qısa müddət sonra aclıq hissi yenidən baş qaldırırsa, bunun bir neçə səbəbi ola bilər.

Yuxusuzluq

Yuxusuzluq aclıq hormonu qrelinin artmasına və doyma hormonu olan leptinin azalmasına səbəb olur.

Duyğusal aclıq

Stress, problem, qorxu, çaxnaşma kimi vəziyyətlər kortizol hormonunun yüksəlməsi ilə aclıq hissini artırır.

Aclıq və susuzluq hissinin qarışması

Aclıq və susuzluq beynin 2 tərəfindəki hipotalamus tərəfindən idarə olunduğu üçün çoxları bu iki hissi qarışdırır.

 

Karbohidratlı qidaları yemək istəyi

Yüksək qlisemik indeksə malik karbohidratlı qidalara üstünlük verdikdə, qanda şəkərin səviyyəsi qəfil yüksələcək və dərhal aşağı düşəcək. Bu da aclıq hissi yaradır.

Doyma hissini artırmaq üçün nə etməli?

Şiddətli aclıq hiss edirsinizsə, 2 stəkan su içib yarım saat gözləyin. Yüksək lif tərkibli qidalar yeyin: tərəvəz, meyvə, paxlakimilər, yulaf toxluq hissinizi artırmağa kömək edəcək.

Fermentləşdirilmiş süd məhsulları, qatıq, kefir proteinlə zəngindir, həm də balanslı karbohidrat və yağ tərkibi uzun müddət tox qalmağınıza kömək edəcək. (publika.az)

Mənbə: news.milli.az