"Bəlkə də xəbəriniz olmadan xəstəliyi keçirmisiniz" - Amerikalı həkimlərdən maraqlı iddia

"Bəlkə də xəbəriniz olmadan xəstəliyi keçirmisiniz" - Amerikalı həkimlərdən maraqlı iddia

Koronavirusun (Covid-19) gündəmi zəbt etdiyi vaxtdan bir çoxları ilin əvvəlində yoluxduğu kəskin respirator infeksiyanı yada salaraq, özünə belə bir sual verir ki, bəlkə elə o, Covid-19 virusu olub?
Xatırladaq ki, koronavirusa yoluxmanın ilkin və əsas simptomları quru öskürək, nəfəs darlığı və qızdırmadır. Bundan əlavə, həzmlə bağlı, məsələn, ürək bulanma, diarreya (ishal), həmçinin baş və boğaz ağrısı özünü göstərə bilər. Habelə xəstəliyin birinci mərhələsində insanda dad hissi itə bilər.

Tibb mütəxəssislərinə görə, bu əlamətləri qrip və ya güclü soyuqdəymə kimi qəbul eləmək yanlış olardı - xüsusən də əgər sizdə Covid-19-un yüngül formasıdırsa. Bundan əlavə, bəzi hallarda xəstəlik simptomsuz da keçə bilir.

Hazırda koronovirusun tüğyan elədiyi dövlətlərdən biri də ABŞ-dır. Bəzi amerikalı həkimlərə görə, ölkədə ilk yoluxma halı bu ilin yanvarında olub. Berkli Kaliforniya Universitetinin İctimai Səhiyyə Məktəbinin infeksion xəstəliklər və virusologiya şöbəsinin rəhbəri Li Rayli hesab edir ki, ola bilsin, virusun yayılması ilk ölüm faktına kimi təxminən iki həftə ərazində başlayıb. Bu faktlar nəzərə alınarsa, hesab edilir ki, ona qədər artıq bəzi insanların yoluxması və sağalması heç də absurd sayılmır. Həkimlər təəssüflə onu da qeyd edirlər ki, insanların Covid-19-a yoluxub öz-özünə sağaldıqlarını müəyyən edəcək heç bir üsul yoxdur.

“Hazırda bizdə belə testlər yoxdur”. Musavat.com-un məlumatına görə, bu sözləri Massaçusets xəstəxanasında stasionarın direktor müavini Uilyam Xilmann deyib.

“Biz öncəki infeksiyanı müəyyən eləmək üçün antitelə qarşı test üzərində işləyirik. Ancaq bu testlər hələ klinik sınaqlara hazır deyil. Sizdə xəstəliyin olub-olmadığını öyrənməyin yeganə üsulu – müvafiq testdən keçməkdir. Nədən ki, sizin koronavirus infeksiyası keçirib- keçirmədiyinizi bilmək mümkün deyil. Sanki siz yenə bu risk qarşısında və ya başqasına onu keçirəcək daşıyıcı kimi tədbirlər davam etdirilməlidir. Bu, o anlama gəlir ki, sosial məsafəni ciddi şəkildə gözləmək, təmasları minimuma endirmək lazımdır”, - deyə o qeyd edib.

“Bu, Covid-19 kimi xəstəliklər üçün həddən ziyadə vacibdir. Çünki ona qarşı əhalinin təbii immuniteti və virusa qarşı vaksin hələ mövcud deyil”.

Bu fikri isə Rod-Aylenddəki Brayanta Universitetindəki elm və texnika kafedrasının müdiri, immunologiya, virusologiya, mikrobiologiya və sağlamlıq üzrə ekspert Kristen Hokkenes söyləyib. “Virusdan can qurtarmağın iki yolu var: ya hamı ona yoluxmalıdır, ya da virusun insandan insana keçməyi məhdudlaşdırılmalıdır”, - deyə ekspert əlavə edib.

Həkimlərin qənaətincə, əgər sizdə Covid-19-un əlamətləri varsa, özünütəcrid xüsusilə vacibdir. Hesab olunur ki, insan sağaldıqdan sonra hələ uzun müddət bu virusun daşıyıcısı ola bilər. Əgər biz özümüzü virus daşıyıcısı kimi aparsaq, - fərq eləməz, hazırkı məqamda simptomlar var, ya yox və ya düşünürük ki, keçmişdə ona tutulmuşuq, - o zaman virusun yayılmasının zəifləməsinə təsir göstərə bilərik.
musavat.com

 

Mənbə: www.medicina.az