Rumıniyada koronavirusa yoluxanların sayı artıb

Rumıniyada koronavirus pandemiyası (COVID-19) daha beş nəfərin ölümünə səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Digi 24” Rumıniya Nazirlər Kabinetinin nəzdindəki koronavirusla əlaqəli strateji rabitə qrupuna istinadən məlumat yayıb.

“Rumıniyada 1 815 nəfərdə koronavirus infeksiyası təsdiqlənib, 206 xəstə sağalıb. Ümumilikdə ölkədə koronavirus 43 nəfərin ölümünə səbəb olub” - deyə, məlumatda qeyd olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da koronadan ölümün pik nöqtəsi... – Tramp

SONRAKI XƏBƏR

Kanadada 800-dən çox koronavirusa yoluxma halları aşkar edilib