İspaniyada İslamın son qalası olan Qranadada 500 il sonra ilk dəfə azan oxundu - VİDEO

Koronavirus səbəbiylə İspaniyanın hər yerindən azan səsləri yüksəlir.

Avropa.info xəbər verir ki, son həftələrdə İspaniyanın Madrid, Ceuta kimi müxtəlif şəhərlərindəki müsəlman cəmiyyətlərinin çağırışları ilə sosial mediada başladılan kampaniya ilə ölkədəki müsəlmanlar hər cümə günü eyvanlara və ya pəncərələrə çıxaraq azan oxuyurlar.

Bu dəfə azan səsi İslamın İspaniyada son hökmranlıq mərkəzi olan Qranadadan gəlib. 500 ildən sonra Qranadada azan oxunması diqqətlərdən qaçmayıb.
İspaniyadakı müsəlmanların son dövləti olan Qranada əmirliyi 10 illik müharibədən sonra 2 yanvar 1492-ci ildə tənəzzül etmişdi və bununla da Avropada İslam hökmranlığı sona çatmışdı. Qranada əmirliyi 1232-ci ildə qurulmuşdu.

 

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Ölkəsinə getmək üçün 200 min dollarından keçdi

SONRAKI XƏBƏR

Portuqaliyada məktəbli koronavirusdan öldü