Bakıda xüsusi karantin rejimi - Parklar bağlı, küçələr boş... - VİDEO

Ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.

BAKU.WS Xezerxeber.az-a istinadla məlumat verir ki, küçələrdə olan vətəndaşlar da yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər. Əksəriyyəti isə qayda və tövsiyələrə əməl edirlər.

İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.

Qeyd edək ki, sosial izolyasiya tədbirləri qarşıdakı aprel ayı boyunca da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qripdən müalicə olunurdu, koronavirusdan öldü: "COVID-19" bu ölkədə ilk canı aldı

SONRAKI XƏBƏR

Neftin qiymətində növbəti antirekord