ABŞ Çindən tibbi ləvazimat almağa başlayır

Yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə aparmaq üçün Çin ilə bağlanmış müqaviləyə əsasən, ABŞ Çindən tibbi ləvazimatlar almağa başlayıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, tibbi avadanlıq daşıyan Çin təyyarəsi Nyu-Yorka enib. Belə ki,məlumata əsasən, 130.000 N95 maska, 1.8 milyon cərrahi maska, 70 min termometr və 10 milyondan çox tibbi əlcəyin gətirildiyi bildirilib.

Qeyd edək ki, Ağ Evdən edilən yazılı açıqlamada, epidemiya ilə mübarizə üçün iki ölkə arasında dövlət və özəl bir əməkdaşlığın olduğu bildirilmişdi və bu gün eniş edən təyyarə, razılaşmaya əsasən gözlənilən 20 təyyarənin birincisidir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Məzarlıqda HƏYƏCAN: Səs eşidib tabutu açdılar...(FOTOLAR)

SONRAKI XƏBƏR

Türkiyədə taksilər «tək-cüt» - REJİMİNƏ KEÇDİ – YENİLİK