Karantindən sonra həyat: əhali həkimləri diz üstündə alqışladı – VİDEO

Çinin Uhan şəhəri iki aylıq karantindən sonra adi həyata qayıdır.

“Gazeta.ru” xəbər verir ki, koronavirus pandemiyasının episentri olmuş 11 milyonluq meqapolis Çinin digər bölgələri ilə gediş-gəlişi bərpa edib.

Aylardır ki, infeksiya ilə mübarizə aparan həkimlər, nəhayət ki, öz doğma şəhərlərinə qayıtmaq imkanı əldə ediblər.

Sosial şəbəkələrdə şəhər sakinlərinin evlərinə qayıdan həkimləri necə yola saldıqlarını əks etdirən video paylaşılıb.

Kadrlarda insanların həkimləri diz üstündə alqışladığını görmək olar.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Cərimədən tutmuş atəşə qədər: müxtəlif ölkələrin karantin pozuntularına görə cəza tədbirləri

SONRAKI XƏBƏR

Almaniyada koronavirusa yoluxanların sayı 58 mini ötdü