"Tvitter" prezidentin koronavirusla bağlı paylaşımlarını sildi

"Tvitter" prezidentin koronavirusla bağlı paylaşımlarını sildi

Sosial media nəhəngi "Tvitter" Braziliya prezidenti Ceyr Bolsonaronun koronavirusla bağlı bəzi paylaşımlarını silib.

Metbuat.az xəbər verir ki, bu paylaşımlar "yerli və beynəlxalq tibbi tövsiyələrə zidd olduğu üçün" silinib. "Tvitter"dən edilən açıqlamada bu cür paylaşımların insanların həyatını riskə atdığı ifadə edilib.

Qeyd edək ki, dünyada on minlərlə insanın ölümünə səbəb olan koronavirusu "mətbuatın oyunu" və "bəsit bir qrip" adlandıran Bolsonaro insanların küçəyə çıxma qadağasına da qarşı çıxmış, məktəblərin bağlanmasını mənasız hesab etmişdi.

Mənbə: metbuat.az