AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırışlarının əks olunduğu sosial videoçarx hazırlayıb.

Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, AZAL ölkə vətəndaşlarına müraciət edərək, karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığımızı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz.”

Mənbə: www.oxu.az