Metropolitenin yeni iş rejimi sıxlığa səbəb olur - Foto

Metropolitenin yeni iş rejimi sıxlığa səbəb olur - Foto

Xəbər verdiyimiz kimi, ölkədə xüsusi karantin rejimin tətbiq olunması ilə əlaqədar metropoliten də yeni iş qrafikinə keçib.

Bizimyol.info xəbər verir ki, Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.Lakin yeni rejim işə gedib gəlməyə məcbur olan insanların sıxlığına səbəb olub.

Sosial şəbəkələrdə yayılan foto və şərhlərə əsasən insanlar metro stansiyaları qarşısından hərəkət edən xüsusi ekspres avtobuslara minmək və metroya girmək üçün uzun növbələrin yarandığını qeyd ediblər.

Mənbə: www.bizimyol.info