"Koronovirusa araq və sauna ilə qalib gələcəyik" - Lukaşenko

"Koronovirusa araq və sauna ilə qalib gələcəyik" - Lukaşenko

Bütün dünya ölkələri koronovirusa qarşı tədbir alsa da, Belarusda idman və əyləncə tədbirləri olduğu kimi davam edir.

Avropa.info xəbər verir ki, hökumət virusdan qorunmaq üçün ölkə sakinlərini araq içməyə və tez-tez saunaya getməyə çağırıb. Mübarizə tədbiri kimi yalnız sosial məsafə saxlamaq tövsiyə olunub.

Bu gün xokkey matçında oyunçu kimi iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko idmanın ən yaxşı anti-virus olduğunu deyib:

"Ayaq üstə ölmək, dizi üstə yaşamaqdan yaxşıdır. Siz burada heç havada uçan virus görürsünüz? Mən də görmürəm, çünki bura dondurucu kimidir. Heç bir tədbiri ləğv etmirik, planlanan bütün tədbirlər həyata keçiriləcək. Tanrı bizi koronovirusdan qorusun".

Qeyd edək ki, 9,5 milyon əhalisi olan Belarusda 94 nəfərdə Kovid-19 virusu aşkarlanıb.

Mənbə: avropa.info