“ABŞ-da 200 min nəfər virusdan ölə bilər” –CNN

“ABŞ-da 200 min nəfər virusdan ölə bilər” –CNN

Strateq.az “CNN”-ə istinadla xəbər verir ki, bunu Amerika Milli Sağlamlıq İnstitutu ilə əlaqəli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun prezidenti Entoni Fauçi bildirib.

Fauçi yoluxma hallarının da milyon nəfərlə ifadə edilə biləcəyi ehtimalını irəli sürüb.

Rəsmi məlumatlara görə, hər il qripdən ölkədə 12 minlə 61 min arasında insan həyatını itirir. 1918-1919-cu illərdə qrip epidemiyasından ABŞ-da 675 min insan ölüb.

Hazırda Amerikada koronavirusa 130 mindən çox insan yoluxub. Həyatını itirənlərin sayı 3 minə yaxınlaşır.

Mənbə: strateq.az