“Bəzi ərzaq məhsullarının qiyməti dondurulmalıdır” – Millət vəkilindən təklif!

“Bəzi ərzaq məhsullarının qiyməti dondurulmalıdır” – Millət vəkilindən təklif!

Koronavirusun yayılmasıbütün dünyada, eləcə də ölkəmizdə ərzaq məhsullarının qıtlığının yarana biləcəyiilə bağlı təşviş və ehtimallara yol açmaqdadır.

Maraqlıdır, əgər xəstəliyinyayılması davam edərsə, o zaman doğrudan da ərzaq məhsullarının qıtlığı yaranabilərmi

Moderator.az-a açıqlamaverən millət vəkili Vahid Əhmədov ölkəmizdə bir neçə aylıq ərzaq ehtiyatınınmövcud olduğunu vurğuladı. Millət vəkilinin sözlərinə görə, ərzaq məhsullarınınqiymətləri ilə bağlı problemlərin meydana çıxması daha çox gözləniləndir:

“Bu problemlər ümumiyyətləmövcuddur. Biz mütəmadi surətdə bu problemlərə toxunuruq. Azərbaycan hökuməti,o cümlədən Nazirlər Kabinetinin yanıdna Operatriv Qərargah da bu işlələr məşğulolur. Bunlar olduqca ciddi məsələlərdir.

Aldığım məlumata görə, hələlikölkəmizdə dörd aylıq ərzaq ehtiyatı var. Bu ehtiyat anbarlarda yerləşdirilib vəkifayət qədərdir. Bu baxımdna problem olmamalıdır. Ən ciddi problem ərzağınqiymətində ola bilər. Qiymətlə bağlı da Azərbaycan hökumətinə bəzi təkliflərbidlirmişəm. Qeyd etmişəm ki, bəzi ərzaq məhsullarının qiymətini dondurmaqlazımdır. Çörək, şəkər tozu, ət və s. bu qəbildən olan məhsullardır. Bunlarınqiymətini dondurmağa ehtiyac var.

Ərzaq məhsullarının üzərindəciddi nəzarət təmin edilməldiir. Doğrudur, İqtisadiyyat Nazirliyi müəyyən işlərgörür. Monitorinqlər aparır. Lakin bununla belə ərzaq məhsulları üzərində nəzarətinbir qədər də artırılmasına ehtiyac var”.

Mənbə: moderator.az