Dini ritual xidmətləri də qadağan edildi

Dini ritual xidmətləri də qadağan edildi

Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri martın 31-i saat 00:00-dan aprel 20-si saat 00:00-dək dayandırılır.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd olunub ki, bu, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə elan olunan müddətdə qadağan edilib.

Mənbə: report.az