Özbəkistanda bəzi tibbi məmulat və avadanlıqlar vergidən azad edildi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev əhalinin dərman vasitələri və digər tibbi ləvazimatla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamda bildirilib ki, lazımi dərman vasitələri, tibbi məmulat və texnika gömrük vergisindən azad edilib. Eyni zamanda dərman qiymətlərinin süni artımının qarşısının alınmasına nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Özbəkistanda qeydə alınmış koronavirus faktlarının sayı 149-dur. Bunlardan 2-si ölümlə nəticələnib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Fransada son gündə koronavirusdan 400-dən çox insan öldü

SONRAKI XƏBƏR

DSX: Bölmələ­rimiz tərəfindən atəş açılmayıb