Türkiyədə koronavirusa yoluxanların sayı on mini ötdü

Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

"Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldı, 725 nəfər reanimasiyadadır", - Koca “Twitter”də yazıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, artıq dünyada koronavirusa 634 mindən çox yoluxma qeydə alınıb, dünyada demək olar ki, 30 min insan koronavirusun qurbanı olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İtaliyada koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan dəhşətli görüntülər - VİDEO

SONRAKI XƏBƏR

Ərini dəlicəsinə sevən Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı...