İtaliyada virusa yoluxanların sayı 100 mini keçdi

İtaliyada virusa yoluxanların sayı 100 mini keçdi

İtaliyanın koronavirusla bağlı xəbərləri nikbinliyə tam əsas vermir. Düzdür, iki gündür virusa yoluxanların sayında azalma var. Amma bu gün dünənkindən daha çox insan həyatını itirib.

Bizimyol.info xəbər verir ki, İtaliyada koronavirusa yoluxanların sayı 100 mini keçib. Bu gün 4050 nəfərin virus testi müsbət nəticə göstərib. Sutka ərzində 812 nəfər həyatını itirib. İndiyə qədər 101 min 739 virus daşıyıcısı aşkar edilib. Onlardan 11 min 591-nin həyatını xilas etmək mümkün olmayıb

İtaliya virusa yoluxanların sayına görə yalnız ABŞ-dan (145,4 min) geri qalır. Amma ölüm sayına görə məhz italyanlar liderdir.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünya üzrə virus daşıyıcılarının sayı 753-ü mini keçib. Onların 158 mindən çoxunun sağaldığı, 36 min 226 nəfərin həyatını itirdiyi bildirilir.

Mənbə: www.bizimyol.info