"Koronavirusdan qorunmaq üçün…"-türkiyəli məşhur dermatoloq

"Koronavirusdan qorunmaq üçün…"-türkiyəli məşhur dermatoloq

Türkiyənin tanınmış dermatoloqu Özləm Su Küçük koronavirusdan qorunmağın yollarını söyləyib.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, dermatoloq Özləm Su Küçük bildirib ki, koronavirusdan qorunmaq üçün əlləri rəngsiz, qoxusuz sabunlarla yumaq daha vacibdir: "Bundan əlavə, əlləri isti su və sabunla yuyan zaman üzük və qolbağı çıxartmaq lazımdır. İnsanlar əllərini ən azı 20 saniyə sabunla ovuşdurmaqları vacibdir. Əlləri tez-tez spirt və kolonya ilə dezinfeksiya etmək vacibdir. Eləcə də taxılan üzük və qolbaqlar çıxarılıb ayrılıqda dezinfeksiya edilməlidir".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az