“Karantin qaydalarına əməl etməyənlərə ciddi cəzalar tətbiq edilməlidir” – Şərh

“Karantin qaydalarına əməl etməyənlərə ciddi cəzalar tətbiq edilməlidir” – Şərh

"Təəssüf hissilə qeyd etmək olar ki, dünyada qlobal əhəmiyyət daşıyan epidemiyanın ölkəmizdə sürətlə artımı gözə çarpır. Virusun hava vasitəsilə yayılmasını nəzər alarsaq, lokanik şəkildə heç kimsə təkzib edilə bilməz. Lakin ölkəmizə doğru irəliləməsini normal qarşılamalıyıq. İlk olaraq sərhəd, qonşu ölkələrin bu məsələyə ciddi təsiri oldu. Oradakı insanların ölkəmizə üz tutması, virusun əhəmiyyətinin vətəndaşlar tərəfindən ciddi qəbul edilməməsilə əlaqələndirilə bilər".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, problemlər hər biri prinspial olaraq üst-üstə düşür: "İqtisadi cəhətin nəzərə çarpmamasını üstələyən bir epidemiyanın yayılması. Epidemiya yanlız nüfuz dəyişiklikliyə deyil, eləcədə ölkələrin iqtisadi, sosial cəhətdən inkişafını məhdudlaşdırır. Bu ölkələrdən biri də məhz Azərbaycandır. Ölkədə insanların iş qabiliyyətinin daha da səmərəsizləşməsinə gətirib çıxaracaq olan bu virus ciddi təhlükələri özündə birləşdirir. Hal hazırda bəzi xəstəxanalar bütünlüklə karantin zonaya keçirilib. Yeni klinika istifadəyə verilib. Lakin insanların da virusa qarşı müəyyən tədbirləri həyata keçirmələri tələb edilir".

Hal-hazırda ölkədə vəziyyət ciddi xarakter təşkil edir. 500 nəfərə yaxın insan karonavirus epidemiyası şübhəsi ilə həkim nəzarətində saxlanılır. Bunlar içərisində xaricdən gələnlər üstünlük təşkil etsələrdə, ölkə daxilində insanların bu epidemiyaya yoluxma halları da az deyil. Bir müddət əvvəldəndən başlayan karantinə baxmayaraq vətəndaşlarımız bunun əhəmiyyətini ciddi qəbul etmirdilər. Məhz bundan irəli gələrək artıq qaydalar daha da sərtləşmişdir. Deyə bilərəmki, rəsmi şəkildə fövqəlada vəziyyətin elan olunmasının tam zamanıdır. Bütün vəziyyətlərin gətirdiyi nəticə fövqəlada haldır. Karantin vəziyyəti yüksək səviyyədə təşkil edilir. Əməl etməyən insanlara ciddi cəzalar tətbiq edilir və edilməlidir.

Mənbə: olaylar.az