Rusiyada dondurucu kameralara tələbat dəfələrlə artıb

Rusiyada dondurucu kameralara tələbat dəfələrlə artıb

Rusiyada əlavə ərzaq saxlamaq üçün istifadə edilən dondurucu kameralara martın son iki həftəsində tələbat 1,7 min faiz artıb.

Open.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Martın 7-dən 17-dək “Yandex market”, “Beru” onlayn satış platformalarında soyuducu və dondurucu kameralarının sifariş sayı altı dəfə artıb, martın 16-22-də isə 50 faiz yüksəlibdir.

"Holodilnik.ru"da malların satışı 5.3 dəfə yüksəlib, “Goods.ru”da isə dondurucu kameralar keçən ilə nisbətən 17 dəfə çox satılıb.

Xatırladaq ki, mart ayının əvvəlində rusiyalılar həddindən artıq ərzaq, spirt alıb və tələbat 70 faizə qədər yüksəlib.

Aynurə Niyazqızı

Mənbə: open.az