Karantin rejiminin həyatımıza “TÖHFƏ”Sİ: Tənbəllik, yuxu rejiminin pozulması və zehni yorğunluq

Karantin rejiminin həyatımıza “TÖHFƏ”Sİ: Tənbəllik, yuxu rejiminin pozulması və zehni yorğunluq

“Yuxusuzluq probleminə təsir edən amillərdən biri də neqativ xəbərləri davamlı olaraq izləməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus təhlükəsinin psixoloji təsirinə məruz qalan insanlarda yaratdığı narahatlıqların səbəblərinə toxunan psixoloq İlahə Dadaşova bildirib.

Psixoloqun sözlərinə görə, mövcud karantin rejimində yuxusuzluq problemi ilə üzləşən insanlar gündəlik iş rejimlərini pozmamalıdırlar:

“Ev şəraitində qalmaq tənbəlliyə meyli artırır. Karantin rejimi şəraitində evdə qalan şəxslərdə fiziki yorğunluqdan daha çox zehni yorğunluq müşahidə olunur.

Fiziki yorğunluğun olmaması isə yuxu rejiminə təsir edir. Yuxusuzluqdan xilas olmaq üçün hər axşam otağın havası dəyişdirilməli, yatmazdan öncə müəyyən qədər mütaliə etmək vacibdir.

Bununla yanaşı, gün ərzində idmanla məşğul olmaq da tövsiyə edilir. Eyni zamanda, gigiyenik qaydalara əməl etmək və yuxu gətirən meditasiya musiqilərinə qulaq asmaq olar”.

Gülşən Şərif

www.yenicag.az

Mənbə: yenicag.az