DMX elektron xidmətlərini yenilədi: Əcnəbilər də #EVDƏQALa bilərlər – VİDEO

DMX elektron xidmətlərini yenilədi:  Əcnəbilər də #EVDƏQALa bilərlər –  VİDEO

Dövlət Miqrasiya Xidməti koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqilə aparılan kampaniyaya qoşularaq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün növ sənədləşdirmə işləri və digər prosedurlar üçün evdən çıxma zərurətini sıfıra endirib.

Bu məqsədlə qurum təcili olaraq göstərdiyi elektron xidmətləri də yeniləyib. İndi

Dövlət Miqrasiya Xidmətinin saytına daxil olan şəxslər dərhal xüsusi dialoq pəncərəsi vasitəsilə yenilənmiş elektron xidmətlər bölməsinə yönləndirilirlər. Burada onlar özlərinə lazım olan olan bütün rəsmi prosedurları asanlıqla elektron qaydada həyata keçirə bilərlər.

Qurum miqrasiya ilə bağlı bütün məsələlərin evdən çıxmadan necə həll edilməsinə dair tövsiyələrin yer aldığı xüsusi videoçarx da hazırlayıb. Azvision.az həmin videonu oxucularına təqdim edir.

Mənbə: azvision.az