“Evdə qal”mağa məsuliyyətsiz yanaşma bizi hansı mənzərə ilə üz-üzə qoya bilər?

“Evdə qal”mağa məsuliyyətsiz yanaşma bizi hansı mənzərə ilə üz-üzə qoya bilər?

Fiziki deyil, mənəvi olaraq əl-ələ verək
Bütün dünyanı cənginə alan koronavirusla mübarizədə hazırda əneffektli yol "evdə qal”maqdır. Çin təcrübəsi bunu göstərdi və digər ölkələr dəbu üsuldan istifadəyə cəhd edirlər, elə Azərbaycan da. Hazırda televiziyada,sosial şəbəkələrdə, ictimai nəqliyyatda, hətta telefonda belə evdə qalmaq bizədavamlı olaraq xatırladılır. Ancaq yenə də küçədə insan, maşın sayı göstərirki, "evdə qal” şüarına əməl etməyənlərinsayı kiyafət qədərdir.
Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri MikayılCabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə görülən işlərlə yanaşı, vətəndaşlarınməsuliyyətsizliyi məsələsinə də toxunub: "Biz bəri başdan bütün quru sərhədlərimizibağladıq, karantin rejiminə getdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər,iaşə obyektləri bağlandı. Bizim aviareyslərimizin sayı kəskin azaldı, hazırdaiki beynəlxalq aviareys təşkil edilir və həftədə bir dəfə. Ona görə, bu xəstəliyinyayılmasına qarşı çox önəmli tədbirlər görüldü. Beləliklə, xaricdən gələn vətəndaşlarınbu xəstəliyin yayılmasında rolu kəskin azaldıldı. Bu günlərdə ölkəmizdə ənmüasir xəstəxana olan "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarınaverilibdir. Yəni bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma bunabaxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycandadaha geniş vüsət alır. Ona görə, bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcıtədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətliapararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin genişyayılmasının qarşısını ala bilərik”.
Bəs bu məsuliyyətsizlik sonda bizi hansı mənzərə ilə üz-üzə qoya bilər?
Millət vəkili Musa Quliyev deyir ki,koronavirusla mübarizədə effektiv nəticə əldə etmək üçün dövlətlə ictimaiyyətinmünasibət və davranışıüst-üstə düşməlidir: "Koronavirus infeksiyası artıq bütün dünyaya yayılıb.Dünyanın hələ ki, ən sonuncu pandemiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatı başdaolmaqla bütün dünya təşkilatları, ölkələr hamısı həyəcan təbili çalırlar.Üçüncü dünya müharibəsi başlasaydı, dünyanın iqtisadiyyatına, sosial, siyasi vəs. həyatına bu qədər ziyan vurmazdı. Təəssüfki bu virus ölkəmizə də gəlib çatıb. Bir aydan çoxdur ki, hökumətimiz lazımi səviyyədəmübarizə işlərini qurub. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycandaolarkən, ölkəmizin koronavirusla ən uğurlu mübarizə apardığını bildirdi.Operativ qərargah yaradılıb və koronavirus infeksiyasının qarşısının alınması,fəsadlarının azaldılması üçün lazımi tədbirlər görülür. Vaxtaşırı hökumət nümayəndələrivətəndaşlara məlumat verirlər. Ancaq bu virusla mübarizədə iki tərəf var: hökumətinmünasibət və davranışları və ictimaiyyətin münasibət və davranışı. Hansı ölkələrdəhər iki tərəfin münasibət və davranışı üst-üstə düşdüsə, situasiyaya adekvatoldusa, problemin təhlükəlilik dərəcəsini vaxtında anlayıb lazımi addımlaratıldısa, onlarda koronavirus lokallaşıb. Həmçinin də Çində. Hansı ölkələrdəki, cəmiyyət hökumətə adekvat olmadı və yaxud hökumət müəyyən addımlarıvaxtında atmadı, o yerlərdə koronavirus infeksiyası minlərlə insanı həyatdanaparıb, on minlərlə insan yoluxub, bundan sonra necə olacağı da məlum deyil”.
M.Quliyev bildirdi ki, virusla mübarizədə aciz qalaninkişaf etmiş ölkələrin təcrübəsi bizim üçün həyəcan təbili olmalıdır:"Gözümüzün qarşısında Avropanın və dünyanın inkişaf etmiş dövlətləri olan İtaliya,Fransa, İspaniya hələ koronavirus şokundan ayıla bilməyiblər. Yəqin ki, uzunmüddət də ayılmayacaqlar. Amerika kimi dünyanın ən hegemon dövləti koronavoirus infeksiyasının qarşısındaaciz qalıb. Qonşu İranda ölüm və yoluxma halları hələ də səngimir. Bütün bunlarhər bir vətəndaş üçün çox ciddi sinqal, həyəcan təbili olmalıdır”.
Millət vəkilinin sözlərinə görə, gələcək həyatımızı necə sürəcəyimizdə indi karantin rejiminə necəriayət etməyimiz böyük önəm daşıyır: "Covid 19” koronavirus infeksiyasının yeninövüdür. Bunun necə əmələ gəlməsi ilə bağlı araşdırma gələcəyin işidir, indibiz daha çox bu infeksiya ilə mübarizə haqqında düşünməliyik. Bu infeksiyanınqarşısını almaqdan ötrü immunitet yaradacaq vaksin hazır deyil. Vaksininhazırlanması vaxt tələb edir. Virusa təsir edə biləcək dərman preparatları dayoxdur. Bu səbəbdən, Ümumdünya Səhiyyə Təşkilatı, dünya alimləri bildirirlərki, bu virusla mübarizədə ən optimal yol sosial izolyasiyadır. Yəni özünütəcridyolu. Bununla bağlı hökumət vətəndaşlara "evdə qal” şüarı ilə müraciət edir. Bugün evdə qalmaq, həyatda qalmaq deməkdir. Gələcək həyatımızı necə sürəcəyimizbundan asılıdır. Hər kəs bunu dərk etməli, bilməlidir ki, tək özü deyil,yaxınları, bütövlükdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bir nəfərin məsuliyyətsizliyi,tanımadığı adamların belə sağlamlığını təhlükə altında qoya bilir”.
M.Quliyev deyir ki, "Məndə virus yoxdur”u əminliklədeyib, insanlarla yaxıntəmasda olmaq düzgün yanaşma deyil: "Covid 19” virusunun inkubasiya dövrüuzundur. Virusun kliniki əlamətləri insan yoluxandan sonra ən azı 14 gün ərzindəözünü göstərməyə başlayır. Bu müddət bəzən bir ay da çəkə bilir. Heç bir əlamətolmamağı o demək deyil ki, siz daşıyıcı deyilsiniz. O müddətdə cəmiyyətdəolduqda hər gün yüzlərlə insanı yoluxdura bilərlər. Bu virusun yoluxma xassəsio biri viruslardan çoxdur. Bir infeksiyalı insan 200-ə yaxın insanı yolxudurabilir. Ona görə, yayılma sürətli gedə bilir”.
M.Quliyev qeyd etdi ki, pandemiyanın ölkədə daha ağır vəziyyətə gəlmə ehtimalını dadüşünmək lazımdır: "Tibb işçilərimizin fədakar əməyi, səhiyyə işinin lazimi səviyyədəqurulması, diaqnostik və müalicəvi aparatların, o cümlədən tənəffüsaparatlarının alınıb gətirilməsi sayəsində hələ ki, bizdə ölüm faktı azdır.Amma bundan sonra necə olacağına təminat yoxdur. Koronavirus bütün dünyada həndəsisilsilə ilə artır. Azərbaycanda da hər gün daha çox adam yoluxur. Ağır fəsadlarınıdüşünməliyik. Bütövlükdə ailələr bata, məhəllələr boşala bilər. Digər ölkələrintəcrübəsində gördüyümüz problemlərlə üzləşə bilərik. Bizdə yoluxanların sayıazdır, 300-ə yaxındır. İlk vaxtlar gündəlik artım 3-4 olurdusa, indiki rəqəmlərondan dəfələrlə böyükdür. Sabah virusa yeni yoluxanların sayı 100 də ola bilər.Nə qədər ki özünütəcrid rejiminə əməl etmirik, artıq bizdə də təhlükəli vəziyyətola bilər. Tibb işçilərinin, klinikalarda yerlərin sayı çatmayacaq. Fransa,İtaliyada artıq evlərdə müalicələrə başlayıblar. Bu isə təbii ki xəstəxana şəraitiqədər effektli deyil. Ancaq başqa çıxış yolu da yoxdur. Hər birimiz bunu dərketməliyik ki, nə qədər karantin rejimində qalsaq, özümüzü, ailə üzvlərimizi, cəmiyyətimizixilas edəcəyik”.
Tibbi ekspert Adil Qeybulla deyirki, virusa yanaşmada digər ölkələrin təcrübəsini müqayisə edib nəticə çıxarmalıyıq:"Almaniya, İtaliya və İspaniyaya diqqət edək. Xəstəliyin yayılma tempi çoxintensivdir. Almaniyadakı koronavirusla bağlı vəziyyəti, ölü sayını İtaliya və İspaniyailə müqayisə edin. Burda nəticə insanların mentalitetinə, karantin qaydalarınanecə riayət etmələrinə bağlıdır. Almanlar çox intizamlı şəkildə karantinqaydalarına əməl edirdilər, rejim də çox sərtdir. Düşünürəm ki, insanlarımız buişə ciddi yanaşmalıdırlar. Həkiməm və məcburən işdə olmalıyam. Səhər işə gələndəyol boyu maşınlar, insanlar, piyada gəzənlər və s. gördüm . Bu adamlar başadüşmürlər ki, böyük təhlüklə ilə üz-üzədirlər? Təmasların məhdudlaşdırılması buişdə atılan ən mühüm addımlardan biridir. Karantin tədbirlərinin ən mühüm şərtibundan ibarətdir. Yoluxmanın qarşısının alınması üçün hamımız məsuliyyətlidavranmalıyıq”.
A.Qeybulla bildirdi ki, bir də gözümüzü aça bilərikki, insanlar küçədə bir-birinin gözü qarşısında yıxılır: "Ola bilər ki, dövləttərəfindən görülən ilk tədbirlərdə müəyyən yanlışlıqlar oldu. Amma bu, ümumilliməsələdir. Və hamımız əl-ələ verib vəziyyətdən birgə çıxmalıyıq. Əks haldainsanlar bilirsiniz, nə vaxt ayıla bilər? Küçələrdə insanlar bir-birinin gözüqabağında yıxılanda ayıla bilər. Onda hamı qorxub evə girəcək. Çin, İtaliyadabu hadisələr göz qabağında baş verdi. Biz niyə bunları görməyək? Nə qədər ki osəviyyəyə gəlməmişik qoruna bilərik. O səviyyəyə gələndən sonra çətin olacaq.Burda çox adamın sağaldığını deyirlər, ona görə də qorxmayan və məsuliyyətsizlikedənlər var. Ancaq deyim ki, sağalan insanların özləri belə müəyyən fəsadlarla sağalırlar.Ağ ciyər çatışmazlığı və s. Sağalmaq da məsələnin həlli deyil”.
İtaliyadayaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva APA tv-yə müsahibəsində bildirib ki, artıqçalışdığı ölkədə nəinki xəstələrin yerləşdirmək üçün xəstəxalar, virusdan ölənləriyerləşdirməyə yerlər belə yoxdur: "Mərkəzi və Cənubi İtaliyada pandemiyayayoluxanların sayı durmadan artmaqdadır. Şimalda vəziyyət daha pisdir, nəyə görə?Ona görə ki, yoluxanların sayı çoxdur, intensiv terapiya almalı olanlar üçünyer yoxdur. Hökumət artıq Milanda yeni COVİD xəstəxanası tikməyə başlayıb.Bununla belə, virusdan ölənləri yerləşdirməyə də yerlər yoxdur”.
İndi"virus mənə heç nə edə bilməz” demək yox, əl-ələ verib bu bəlanın ölkəmizdəntez uzaqlaşması üçün çalışmaq lazımdır. Ancaq fiziki deyil, mənəvi olaraq əl-ələverməliyik.

 

Mənbə: kaspi.az