Pandemiya xaricdə təhsilə necə təsir edəcək?

Pandemiya xaricdə təhsilə necə təsir edəcək?

Bəzi universitetlərin "B” planıvar
Koronaviruspandemiyası bir çox sahələrə mənfi təsir göstərdi. Həminsahələrdən biri də xaricdə təhsildir. Belə ki, xaricdə təhsil alan yüzlərlətələbəmiz ölkəmizə gətirildi. Nə zaman qayıdacaqları isə bəlli deyil.Oxuduqları universitetlər həmin tələbələrə müəyyən güzəştlər etsələr də,istənilən halda bu hadisə tələbələrin təhsil prosesinə zərbə vurdu. Bundan başqa,qeyd edək ki, mövcud vəziyyət xaricdə təhsil almaq istəyən gənclərin dəhazırlıq prosesinə təsirsiz ötüşmədi. Belə ki, karantin şəraitinin elanedilməsi ilə ölkəmizdə fəaliyyət göstərən hazırlıq kurslarının da işidayandırılıb.
Hər kəsə bəllidir ki, hazırda xaricdə təhsilimtahanlarına hazırlaşan xeyli gəncimiz var. Maraqlıdır, bu gənclər nəetməlidirlər, hazırlıqlar necə davam etdirilməlidir və imtahanlar nə vaxtagözlənilir? Digər tərəfdən, mövcud vəziyyət növbəti mərhələdə xaricdə təhsiləmarağa necə təsir edəcək, xaricdə təhsil almaq istəyi əvvəlki tendensiya ilədavam edəcəkmi?

İlk olaraq xaricdə təhsil almaq istəyən GülsümƏliyeva ilə həmsöhbət oluruq. Gülsüm pandemiyanın bu həddə çatmağının onunxaricdə təhsil almaq istəyinə mane olmadığını, amma buna baxmayaraq, valideynlərindəmüəyyən olduğunu olduğunu qeyd edir: "Hazırda son semestrdə oxuyuram və xaricdətəhsil üçün hazırlaşıram. İstəyimi valideynlərimə bildirəndə mənidəstəkləmişdilər, amma son hadisələr, hiss edirəm ki, fikirlərinin dəyişməsinə səbəbolub. Artıq getməyimi istəmədiklərini deyirlər. Əslində, onları da anlayıram.Amma buna baxmayaraq, istəyimdən dönmək fikrim yoxdur. Təbii ki, onsuz damövcud vəziyyətdə bütün ölkələrlə sərhədlərimiz bağlıdır deyə, heç yerə getməkimkanımız yoxdur. Amma bu mənim gələcək planlarıma təsir etmir. Düşünürəm ki,bu vəziyyət müvəqqətidir, bu günlər də keçəcək. Ona görə də onlayn da olsa,dərslərimə hazırlaşıram, müəllimlərimlə əlaqə saxlayıram”.


Təhsileksperti Kamran Əsədov qeydedir ki, karantin şəraiti məsafədən təhisilin mümkünlyünü də ortayaçıxardı: "Xarici ölkələrdə təhsil almağa hazırlaşan şagirdlər üçün daha ciddiproblemlər meydana gəldi. Baxmayaraq ki onlar online sistem tətbiq etməklə buboşluğu aradan qaldırmağa çalışırlar, amma humanitar fənlərdən fərqli olaraqYÖS, SAT imtahanlarında praktik bcarıqlar tələb olunduğu üçün bu üsul o qədərdə effektiv olmur. Dərslərin təxirə salınması təkcə aprel ayında DİM tərəfindənkeçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının təxirə salınması ilə nəticələnmədi,eyni zamanda beynəlxalq imtahanların keçirilməsi də qeyri-müəyyən vaxta qədərtəxirə salındı. Düşünürəm ki, beynəlxaq imtahanların təxirə salınması xariciölkələrə gedənlərin sayının azalmasına səbəb olacaq. Onların gedəcəkləriölkələrdə təhsilin nə vaxt bərpa olunması da buna bilavasitə təsir göstərir.Belə ki, ölkəmizdə bu imtahanlar olsa belə, xarici ölkələrdə tədrisin bərpaolunmaması tələbələrin ora getməsini müəyyən müddətə təxirə salacaq. Ammadüşnürəm ki, pandemiya distant – məsafədən təhisilin mümkünlyünü də ortayaçıxardı. Məncə, bundan sonra xarici universitetlər bu xidmətlərini daha çoxaktiv edcəklər ki, bu da insanların ölkəni tərk etməsinin sayını azaldacaq”.

Xaricdətəhsil üzrə ekspert, "EDDE Global”xaricdə təhsil şirkətinin direktoru Miryusif Cavadzadə imtahanların vaxtının yay aylarına ertələndiyinibildirir: "Sonuncu kursda və sinifdə olanlar üçün ciddi problem yoxdur. Çünkionlar demək olar ki, bütün proqramı bitirmişdilər, sadəcə, təkrar etmək lazımidi. Mövcud vəziyyətlə əlaqədar heç bir kurs fəaliyyət göstərmədiyindən, onlaynproqramlarla dərslər təkrar edilir. Yəni, onlarda heç bir ləngimə yoxdur. Aşağısinifdə olanlar, proqrama yeni başlayanlar üçün müəyyən fasilə yaranır. Ammaonlar üçün də ciddi problem yoxdur, çünki karantindən sonra ciddi, sürətlirejimlə istənilən səviyyəyə çata biləcəklər. İmtahanların zamanına gəlincə isə,bütün imtahanların vaxtı dəyişdirildi. Hazırda imtahanların hamısınıniyun-avqust aylarında keçiriləcəyi deyilir”.
Ekspertdeyir ki, mövcud vəziyyətdən yana, xaricdə təhsilə marağın çoxciddi şəkildə azaldacağını gözləmir: "Çünki tələbələr də başa düşür ki, bu,sadəcə bir ölkənin deyil, bütün dünyanın problemidir və bir müddət sonrabitəcək. Hətta indi də müraciət edən, sorğu göndərən, ölkələrlə maraqlanantələbələr var. Yəni mövcud vəziyyətin təsiri gözlədiyimizdən də azdır. Buvəziyyət daha uzun müddət davam edərsə, ola bilsin ki, universitetlərinstrategiyası da dəyişə bilər. Bu halda universitetlərin hansı addımı atacağıilə bağlı danışıqlarımız olub. Çox güman ki, ya tələbələri qəbul edərək onlayndərslər keçəcəklər, ya da ki, bir neçə semestrlik dərslərin dondurulması təklifediləcək. Hələ ki bəzi universitetlərin "B” planı belədir. Yəni hazırda heç bir xarici universitet qəbulu dayandırmayıb.Qəbul prosesi davam etdiyinə görə, istənilən şəxs xaricdə təhsil üçün müraciətedə bilər”.

GünelAzadə

 

Mənbə: kaspi.az