İbtidai sinifdə oxuyan şagirdlərin valideynlərinə - ŞAD XƏBƏR

İbtidai sinifdə oxuyan şagirdlərin valideynlərinə - ŞAD XƏBƏR

Evdən çıxmadan dərslərə davam!

ITCITY şirkəti EVTA layihəsini təqdim edir

Qlobal trendə çevrilən onlayn təhsil formatları artıq Azərbaycanda da istifadə olunmağa başlanmışdır. Bu tendensiyaya uyğun olaraq, ITCITY (www.itcity.az) şirkəti, evdən çıxmadan da təhsil almalarına davam etmələri məqsədi ilə ibtidai sinif şagirdləri üçün EVTA layihəsini təqdim edir.

EVTA (Ev Tapşırığı) layihəsinin məqsədi şagirdlərə ev tapşırığını daha rahat izah etmək, valideynlərlə birgə vaxt keçirmələrinə imkan yaratmaqdır.
Hal-hazırda EVTA sistemində həm Azərbaycan, həm rus sektoru üzrə ibtidai siniflərin Riyaziyyat fənni üzrə 3500-dən çox ev tapşırığının peşəkar müəllimlər tərəfindən həll edilmiş əyləncəli video izahları mövcuddur və davamı çəkilməkdədir. Bütün videolar və mündəricat Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi dərsliklərinə istinadən hazırlanmışdır.

EVTA mobil tətbiqi həm iOS, həm də Android əməliyyat sistemlərində mövcuddur. Mobil tətbiqi App Store və ya Play Store-dan axtarış edərək və ya www.evta.az veb səhifəsindən birbaşa keçid ilə yükləmək mümkündür. Tətbiqi yükləyib, qeydiyyatdan keçən valideynlər şagird olan övladları üçün profil açıb, uyğun gələn tədris materialını seçdikdən sonra dərs proqramına aid ev tapşırıqlarının video həllinə baxa bilir.

Tətbiqin üstünlüklərindən biri odur ki, burada valideyn bir neçə övladının dərs proqramı üzrə inkişafını paralel olaraq izləyə bilir. Belə ki, proqramda bir neçə şagird profili yaratmaq və müxtəlif siniflər üzrə izahlı videolara baxmaq mümkündür.

EVTA ilə istənilən yerdə övladınızın təhsili davam edəcək!
Xidmət haqqında ətraflı məlumat üçün: https://evta.az səhifəsinə daxil olun. 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edin.

Mənbə: evta.az