Yəmənli rəsmi Səudiyyə Ərəbistanı hökumətini uşaqları öldürməkdə ittiham etdi

Yəmənli rəsmi Səudiyyə Ərəbistanı hökumətini uşaqları öldürməkdə ittiham etdi

Eastnews.org-un verdiği xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin mətbuat katibi Zeyfullah əl-Şami Səudiyyə Ərəbistanı hökumətini tənqid edib.

O, açıqlamasında vurğulayıb ki, Səudiyyə Ərəbistanı hökuməti yalandan atəşkəs elan edib.

"Onlar bir tərəfdən atəşkəs elan edirlər, digər tərəfdən isə insanları öldürürlər. Bu yolverilməzdir", - deyə Zeyfullah əl-Şami diqqətə çatdırıb.

Zeyfullah əl-Şami Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrini də uşaq qatili adlandırıb.

Mənbə: eastnews.org